Estetik zövq bəxş edəcək instagram hesabının sirrləri

Yəqin ki, hal-hazırda instagram hesabı olmayan çox az adam tapmaq olar.  Bəs necə etmək olar ki, sənin səhifən öz estetik gözəlliyi və eyni zamanda sadəliyi ilə hər zaman digərlərindən seçilsin?
Bunlara əməl etsəniz kifayətdir:


İlk öncə telefonunuzun kamerasını təmizləyin.
Heç kəsə kirli blur effektli şəkilə baxmaq xoş olmayacaq :)

Təbii işığı sevin.
Hər şeydə təbiilik gözəldir deyərkən, ilk öncə təbii işığı da nəzərdə tuturam.Sarı çilçıraq işığı (əsasən də gündüz vaxtı) şəkillərdə çox nadir hallarda gözəl görünə bilər. Detal çəkdiyinizdə, onu pəncərəyə yaxın, yaxşı gün düşən yerə gətirin. Gözəl yemək ya içki çəkmək istədiyinizdə restoranda ən işıqlı yerdə əyləşin, gözəl göründüyünüzdə şəklinizi gündüz, çöl şəraitində çəkin.

Sakit fon axtarın.
Sakit fon dedikdə, açıq rəngli və bəzəksiz bir fon nəzərdə tuturam. Belə fonda nə çəksəniz gözəl görünəcək. Bu həm insan həm detal şəkillərinə aiddir.

Rənglərlə çox oynamayın.
Şəkliniz artıq hazırdır, indi isə onun rənglərini proqram vasitəsi ilə düzəltmək istəyirsiniz. Yenə də, təbii tonlara üstünlük verin. Yaşıl, çəhrayı, göyümtül Retrica tipli tonları unudun. Bu cür rənglər gözü çox yorur və şəklin bütün effektini poza bilər.

Feed-ə diqqət edin.
Səhifəniz nə dərəcədə faydalı olsa da, postlarınız nə qədər maarifləndirici olsa da, xarici görünüş hər zaman çox önəmlidir.
Öz feed-inizə və ən əsas da xasiyyətinizə uyğun bir rəng tonları seçin. Hər  paylaşmaq istədiyiniz şəkli bu rənglərdə edit edin. Özünüz profilinizdəki ahəngdən zövq alacaqsız.


Əsas keyfiyyətdir.
Postlarınızı tez-tez paylaşasız deyə nə gəldi və necə gəldi şəkil paylaşmağa dəyməz. Həftədə 1 şəkil paylaşın, amma gözəl və zövqlü olsun.