Mənim evim - Nəsrin

Make your house a home.

Zənnimcə bu sözlər çox gözəl məna daşıyır. Mən hər zaman çalışmışam ki, ən çox vaxt keçirdiyim yer (ev,
ofis, çalışma masası ve s.) ruhuma uyğun olsun. Belə olduğu halda əhvalım yüksək, enerjim bol, özüm isə
xoşbəxt oluram.
Sıfırdan evinizi necə qura bilərsiniz?
Gəlin lap əvvəldən başlayaq.

İlk növbədə evinizin planı ilə yaxından tanış olun. Bunun üçün dizayner və ya memar olmaq lazım deyil. 

Evinizin planı ilə tanış olduqdan sonra özünüz üçün bir vərəqdə onun sxematik təsvirini çəkin və ya qeydləri elə planın üzərində aparın (əgər o plan kağızı yeganə deyilsə).

Məsələn, yataq otağında hansı əşyanı harada qoymaq olar kimi qeydlər edin. 

Daha sonra başqa bir vərəqdə evinizi hansı tonlarda görmək istədiyinizi yazın.“Ağ, boz və qara” məsələn. Sizin ağılınızda artıq bir canlanma baş verəcək və bu sizə interyer seçimində yardımçı olacaq. 

Tv stend qoyduğunuz divarın, həmçinin, hamam ve zalın hansı rəngdə olacağına qərar verin.İlhamlanmaq üçün Pinterest’də çox saylı ev dizaynlarına baxa bilərsiniz. 

Mebel seçiminə gəldikdə isə, sizə həm qiymət həm də dizayn baxımından əlverişli olacaq bir mağaza tapın. Lazım gələrsə bir mağazaya 10 dəfə gedin və bundan heç də utanmayın. 

Çünki siz evinizi qurursunuz, hər bir şeyin əla olması üçün lazımi qədər vaxt sərf etmək gərəkdir.Mən evimizi dizayn edərkən nəyə üstünlük verirdim?

Ən çox rahatlığa üstünlük verirdik: bizə rahat olan ve gözümüzə xoş gələn əşyaları, rəngləri seçirdik. Belə ki, bizim evdə divarlar ağ, boz ve açıq mavi tonlardadır.

Uşaq otağı üçün isə neytral, sarı pastel rəngini seçdik. Bu çalar həm də sakitləşdirici bir effektə malikdir. Düşünürsüz ki, ağ ve boz renglərdə ev çox sadə ve darıxdırıcı görsənir?

Yanılırsınız J Əgər mebel ve dekor seçimini doğru etsəniz eviniz çox rahat, zövqlü və gözoxşayan bir məkana çevriləcək.Məqalənin bu hissəsi “ağ rəngdə mətbəx çox risklidir” – deyənlərə həsr olunur=) 

Əksinə, bu çox rahatdır! Mətbəxni təmiz olmasının rənglə əlaqəsi yoxdur. Fərq etməz tünd çalarlarda mebel və ya açıq rəngdə – əsas təmizlikdir ;) Mətbəxdə daha çox vaxt keçirdiyim üçün bura tam istədiyim kimi olmalıdır: ürəyə yatan və cozy hissini bəxş edə biləcək bir məkan. 

Mən ivory rəngdə mətbəx mebel sifariş verdim və hər mövsümə uyğun dekorlarla interyerə rəng qatdım. Bu elə də çətin deyil.Bizim evimiz 2 mərtəbəlidir (mansarda ilə birləşib). Birinci mərtəbəsində – mətbəx, qonaq və hamam otaqları, zal və sandıqxana yerləşir.İkinci mərtəbəsində isə yataq və uşaq otaqları və qarderob yer alıb.

Bundan əlavə yataq otağında ayrıca hamam ve uşaqlar uçün hamam və ayaqyolu var.

Bəli, evi dizayn etmek çox asan iş deyil =) amma biz birlikdə bacardiq.Dekor seçimində isə tələsməyin. 

Bunu evdə yaşarkən etmək mümkündür, bəzən hər şey qurulduqdan sonra çatışmayan detallar bəlli olur.

Onlarıda yavaş yavaş ala bilərsiniz. Sizinlə evimizdən olan bir neçə şəkil paylaşacam, umid edirəm ki, sizə maraqlı bir idea vermiş oldum <3