Yeni doğulmuş körpəniz üçün alış-veriş

Yeni doğulmuş körpəniz üçün alış-veriş.

 

Körpənin dünyaya gəlişi hər bir ailə üçün ən vacib və əlamətdar bir gündür. 

İlk dəfə bu hissləri yaşayan valideynlərin beynində isə sonsuz suallar yaranır - körpə necə qidalanmalı, necə yatmalı və ən əsas onun üçün nələr alınmalıdır? 

Bu məqaləmizdə həmən sualların bir çoxuna cavab tapacayıq :)

 

Gələcəkdə evinizin lazımsız əşyalar məkanına çevrilməməyi üçün yaxşı olardı ki, yalnız ən lazımlı və sizə həqiqətən yardımçı olacaq əşyaları alasınız. Həmçinin hər şeyi öncədən almağınız məsləhətdir, çünki körpə doğulandan sonra mağazaları gəzməyə vaxtınız olmayacaq.

 

Yataq ləvazimatları:

 

Çarpayı və döşək

Döşəküstü - 2 ədəd

Yorğan - 2 ədəd (biri qalın, biri nazik)

Çarpayı üçün bortlar

Baxım vasitələri:

 

1. İlk növbədə əlbəttə ki, çoxsaylı uşaq bezləri. Yaxşı olardı ki, körpənin ilk aylarında ən keyfiyyətlisini işlədəsiz ki, heç bir allergik reaksiya olmasın.
2. Göbəyi təmiz saxlamaq üçün 70%lıq dozatorlu spirt.
3. Bişmələrin qarşısını almaq üçün krem. Biz Bepanten və Sudocrem istifadə edirdik.
4. Nəm salfetlər. Pampers və Chicco firmasının salfetlərini çox bəyənirəm.
5. D vitamini. Körpənin dünyaya gəlməsinin 14-cü günündən etibarən veriləcək vitaminidir. Biz alman aptekindən Vigantol istifadə edirdik.
6. Pambıq diskləri və uşaq üçün xüsusi qulaq təmizləmək üçün pambıq çubuqlar.
7. Steril pambıq.
8. Ucu yumru olan uşaq qayçısı.
9. Körpələr üçün şampun və maye halında sabun. Adi sabunlardan fərqli olaraq belələri körpənin incə dərisini qurutmur. Biz indiyə qədər Chicco firmasının məhsullarını istifadə edirik, çox razıyam. 
10. Körpələr üçün losyon. Bu losyonla körpənin qırışlarını silmək olar, çox əla qoxuları olur.
11. Yuyucu toz

Paltarlardan:

 

Balacanızın hansı fəsildə dünyaya gəlməsindən asılı olaraq paltarların növü və sayı dəyişə bilər. 

Əsasən:

5-6 ədəd qısaqollu bodi

3 ədəd qolu uzun bodi

4-5 ədəd corab

Qış aylarıdısa tulum tipli gödəkçə və papaq 

5-6 ədəd bələk

3 ədəd pambıqdan papaq

3 ədəd pambıqdan əlcək 

 

Ən əsasları, gündəlik lazım olanlar bunlardır. Şort, köynək, don tipli paltarların  sayı isə valideynin istəyindən asılıdır.

Hamam ləvazimatları:

 

Uşaq vannası 

Vannada körpəni uzandırmaq üçün xüsusi oturacaq 

Süngər

Bədənin üstündən su axıtmaq üçün tayqulp

2 ədəd dəsmal 

 

 

Həmçinin:

 

Kiçik butılkalar

Uşaq arabası

Daraq

Video dayə - ən böyük köməkçi!

Termometr - otaq və su üçün

Süd sağan - daha bir köməkçiniz

Əmzik