Bir axşama oxuyacağınız kitablar

Bu siyahıdakı kitablar fərqli janrlarda, fərqli mövzulardadır. Onları birləşdirən yeganə cəhət isə həcmcə çox kiçik, mənaca isə çox dərin olmaqlarıdır.

Djerom Selincer "Çovdarda uçurum üstündən" («Над пропастью во ржи»)   

Romanda Xolden adlı 17 yaşlı bir gəncin Amerika gerçəkliyi və ümumi qanunlarının, müasir cəmiyyətin əxlaqını qəbul etməməsindən söhbət açılır. Əsər XX əsrin ikinci yarısının dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərmiş, həm gənc həm də yaşlı nəsil arasında böyük rəğbətlə qarşılanmışdır.

Ernest Heminquey "Qoca və dəniz" («Старик и море») 

Cəmi 110 səhifədən ibarət olan bu şedevr Heminqueyə Nobel və Puletserof mükafatını qazandırmışdır. Əsərin baş qəhrəmanı qoca Santyaqo üçün dəniz, ailəsini dolandıra biləcək yeganə ümididir. Artıq 84 gündür ki, o balıq ovlaya bilmir. Buna baxmayaraq balıqçı təslim olmur və ona bu işdə onun kiçik dostu Manolin kömək olur.
Müəllif insan həyatının mahiyyətini, onun daxili aləmini, əlçatmaz arzularına olan çətin yolunu göstərir. Baş qəhrəman Santyaqo, mənəvi ruhun və öz arzuya sadiqliyin gücünü təcəssüm edir.

Frensis Skott Fitscerald "Möhtəşəm Qetsbi" («Великий Гэ́тсби»)  

Əgər cazın notlarını sözlərə köçürmək və ondan roman yazmaq mümkün olsa idi, "Möhtəşəm Qetsbi" onun ən parlaq nümunəsi olardı.
Müəllif özü qeyd etmişdi ki, əsərin əsas fikri - arzusunda olduğu bir qızla evlənə bilməyən cavan oğlanın taleyinin bütün haqsızlığını göstərməkdir. Fitscerald iddia edirdi ki, bu mövzu daima onun başında fırlanır, çünki o özü belə vəziyyətdə idi.
 

Rİçard Bax "Qağayı Conatan Livinqston" ("Чайка по имени Джонатан Ливингстон")

Qağayı Conatan Livinqstonu qağayıların mövcudluğunun darlığı sarsıdır. Təkmilləşməyə can atan Conatan, uçuşu yalnız yemək əldə etmək üsulu deyil, bir incəsənət növü, varlığın bir obrazı kimi öyrənməyə özünü həsr etmək istəyir. Bir müddət sonra o, qağayıların sosial mühitinin primitiv mövcudluğunun qaydalarıyla barışmaq niyyətində olmadığını iddia edir və nəticədə sürüsündən qovulur.  Lakin, bu onu heç sarsıtmır və o, uçuş bacarıqlarının ən yüksək səviyyəsinə çatmağı planlaşdırır.

Aqata Kristi "On zənci balası" ("Десять негритят")

Bu roman müəllifin ən çox satılan kitabıdır.
 Bir-biri ilə heç bir bağlılığı olmayan on fərqli insan tənha bir adada, böyük bir evdə... Kim onları buraya çağırıb? Niyə kimsə onları ən inanılmaz üsullarla öldürür? Bu sualların cavabını "100 ən yaxşı roman" siyahısında yer almış kitabda tapa bilərsiniz.
 

Rey Bredberi "Mars xronikaları" («Марсианские хроники»)

Bu romanda 1950-ci illərin əvvəllərində amerika cəmiyyətini qorxudan əsas problemlər əks edilmişdir: nüvə müharibəsinin təhlükəsi, daha sadə həyat istəyi, irqçiliyə və senzuraya qarşı reaksiyalar. Elmi fantastika janrı dünyada mövcud olan problemlərin durumunu, uydurulmuş gələcəyin dekorasiyaları ilə göstərmək imkanını verdiyi üçün Bredberinin çox xoşuna gəlirdi. Bununla o, insanları keçmişin səhvlərini təkrarlamaqdan və etdikləri səhvlərin gərginləşməsindən uzaqlaşdırmağa çalışırdı.