Vudi Allenin 10 şah əsəri

Vudi Allenin filmlərini hər zaman digərlərindən seçmək mümkündür. Bu da onların xüsusi sehri, gözəl ab-havası və özündən sonra insanda çox xoş hisslər saxlamağı ilə bağlıdır. Daha ətraflı desəm, onun filmlərində incə yumor hissi, bir və ya bir neçə sevgi hekayəsi, məişət mövzuları əsasında qurulmuş çoxsaylı dialoqlar və əksər hallarda Nyu York yer alır. Yaradıcılığına başlayandan hər il tamaşaçıları yeni bir kino ilə sevindirən Vudini, tez-tez, deyingən intellektual-estet rolunda filmlərində görə bilərik.

 Bu gün sizinlə Vudi Allenin ən sevdiyim 10 kinosunu bölüşəcəm. İsti çay və yorğanınızı öncədən hazırlamağı məsləhət görürəm <3