Homemade peanut butter

Bu gün sizinlə ev şəraitində yerfındığı (araxis) pastasını hazırlamağı üsulu ilə bölüşəcəm. Bu çox dadlı, ətirli və inanılmaz doyumlu bir şirniyyatdır - onu səhərlər tostlar və peçenyeyə yaxmaq, dondurma üçün toppinq, sıyıqlara əlavə etmək, ev şirniyyatlarına içlik kimi əlavə etmək olar. Resepti isə olduqca sadədir, çünki onun əsası fındıqlar arasında ən ucuz və xeyrli olan yerfındığıdır.

Bizə lazım olacaq:
Yerfındığı (qızardılmış, təmizlənmiş) - 150 qram
bal - 1 çay qaşığı
duz - 1 çimdik
kokos yağı (zeytun da ola bilər) - 1 xörək qaşığı
 

Yerfındığını blenderə əlavə edib, xırda qırıntıya çevrilənədək qarışdırırıq. Daha sonra duzu və balı əlavə edib yenidən qarışdrırıq. Sonra yağ əlavə edib pasta halına çevrilənədək blenderdə qarışdırırıq.

Hazır pastanı şüşə qaba töküb, 2 həftə ərzində  istifadə edə bilərsiniz.
 Bu qədər sadə, nuş olsun! :)

P.S. Yerfındığı pastası ilə bir neçə variant səhər yeməyi sizə təqdim edirik: