Ideal pankeyk

Bütün ailə üçün ideal səhər yeməyi - Pankeyk resepti

Bu dəfə bütün uşaqların və böyüklərin sevdiyi pankeyk reseptini sizinlə bölüşəcəyik. Həftə sonları bütün ailə üçün ideal səhər yeməyidir :)

Bizə lazım olacaq:

  • Süd - 2 stəkan
  • Un - 3 stəkan
  • Yumurta - 3,4 ədəd
  • Şəkər tozu - 5 x.qaşığı
  • Duz - 1 ç. qaşığı
  • Qabartma tozu - 1 x.qaşığı
  • Vanilin

Yumurta ilə şəkər tozunu və duzu çalırıq. Üzərinə yavaş-yavaş süd əlavə edib qarışdırırıq.
Ayrı bir qabda un, qabartma tozunu və vanilini qarışdırırıq. Daha sonra hamısını yumurta və süd olan qaba əlavə edib yaxşıca qarışdırırıq. Tavanın üzərinə çox az kərə yağı əlavə edib, çömçə ilə xəmirimizi tökürük. Üzərində qabarcıqlar yarandıqdan sonra dərhal o biri tərəfə çevirin. Üzərini öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.
Buyurun, nuş olsun!