Avropada 10 dadlı restoran

Çexiyanın paytaxtı Praqa şəhərində dadlı yemək istədikdə hara getmək olar?

Bu şəhərdə yerləşən və ləziz mətbəxi ilə seçilən məkanların siyahısını sizinlə bölüşmək qərarına gəldim.  Qeyd edim, ki səyahət zamanı biz 5 nəfər idik, hərdən isə sayımız 6-7 nəfərə çatırdı ( dostlarımız qoşulanda ). Hamımızın ağız dadı fərqli olsa da, getdiyimiz məkanlar yaddaşımızdan hələ uzun müddət silinməyəcək =D

Gəlin səhər yemeyindən başlayaq:

1)    MONK – Stara Praqada (Köhnə Şəhər) yerləşir. Burada bizə iki nəfərlik çox dadlı və münasib qiymətə setlər təqdim olundu.

2)    BOCKEM – bu məkanda yalnız səhər yeməyi verilir. Sifarış verdiyimiz təamlar sözün əsl menasında ağlımızı başımızdan aldı. Yəni bir səhər yeməyi bu qədərmi dadlı olar? =)

 

Menyuda cemi 3 variant var. Yemək masaya gəldikdə çox təəccübləndim, çünki, fotodan göründüyü kimi, boşqabın dibində noxud supu və xorək qaşığın içərisində balıq əti ilə püre təqdim edilmişdir.

“Elə bu?” öz özümdə fikirləşdim. Yalnız dadına baxdıqdan sonra nə qədər nəfis və doyumlu olduğunu anladım.

Daha sonra bekon ilə benedikt yumurtası sifariş verdim (orada seçim edə bilərsiniz ) ve üçüncü yemək kimi kaşa seçdim. Kaş ki, buradan sizə bu təamların necə dadlı olduğunu göstərə bilsəydim =) Nə vaxtsa Praqaya yolunuz düşsə mütləq və mütləq bu məkana baş çəkin, əminəm ki, mənə çox sağol deyəcəksiniz.

P.S bu cür dadlı ve eksklüziv bir səhər yeməyi sizə çox ücüz başa gələcək! Bizim manata çevirsək cəmi 20 azn. Dəhşət (fantastik qiymət) =)

3)    ESKA – konseptual bir məkandır, amma çox dadlı ve faydalı səhər yeməyi verir. Kofelərini xüsusi qeyd etmək istərdim. Limonadları isə başqa bir aləmdir (öz istehsallarıdır).

Qiymət baxımından hamısı çox münasibdir, ortalama götürsək adam başı 20-30 manat təşkil edir. Həm dadlı həm də doyumlu.

Nahar ve şam yeməyi üçün bir-iki restoran məsləhət görə bilərəm:

1)    MANIFESTO – bura daha çox food festivalı xatırladır. Açıq havada 30-a yaxın food corner yerləşib. Buranın çox sərbəst ab-havası var. Yeganə mənfi cəhəti ondan ibarətdir ki, butün food corner’lər yalnız və yalnız kart qəbul edir.

Biz isə bundan xəbərsiz idik və az qala məkanı ac tərk edəcəydik =) Köşələrə yaxınlaşıb xahiş etsək də, heç biri nağd pula razılaşmadı. Hind köşəsindən başqa =D Bizə yazıqları gəldi və öz kartları ilə ödəyib bizdən nağd aldılar.

2)    NEJEN  – burada yediyimiz şam yeməyinin dadı hələdə damağımdadır. Bundan başqa çox dadlı aperol spritz verilir.

 

Keçək Avstriyanın paytaxtı Vyana şəhərinə.

Buranın həm restoranları həm də ümumi ab-havası intelligentliyi ilə özgələrindən fərqlənir. Düzünü desəm burdakı atmosfer daha çox xoşuma gəlir (restoranların ab-havası ).

 

Vyanadakı məkanların siyahisini təqdim edirəm:

1) HUTH – bu restoranda hər bir şey çox ləzzətlidir. Beş fərqli sifariş etdik, əsas yeməkdən öncə isə masaya atışdırmalıq məzələr təqdim edildi. Hər şey həddindən artıq dadlı idi. Məsələn, uşaqlar tafelspritz sifarish vermişdilər ve onların sözlərinə görə, bu indiyənədək yedikləri ən dadlı tafelspritz idi.

2)    ELLAS – çox, həddindən artıq çox dadlı sibas balığı təqdim edirlər. Məzələri isə ayrı bir dünya.

3)    CAFE LANDTMANN – milyon ədəd şirniyyat seçimi istəyirsiniz? =D O zaman bura mutləq baş çəkin! Hə, birdə super kokteyl çeşidi var.

4)    LANDTMANN’S JAUSEN STATION – bundan öncəki restoranın filialıdır, özüdə bilirsiniz harada? Düz Schönbrunn Palace-in içində.  Vyanaya gələn hər bir turist bilir ki, mütləq Schönbrunn’a baş çəkməlidir. Elə sübh tezdən durub bura gəlsəniz, gözəl bağçada səhər yeməyi edə bilərsiniz. Məkana giriş ayrıdır ( amma Schönbrunn’dəndə var ), biletinizi alıb buraya daxil olursunuz.

Yenədə qeyd etmək istərdim ki, qiymətlər avropa qiymətləri ilə müqayisədə münasibdir. Bir nəfər üçün təxminən 30 euro (56 azn) təşkil edir.

5) LE BOL - dadlı fransız sayağı səhər yeməyi. Ofisiantın elə kruasan deməyindən hər şey aydın olur =D

Bu qədər, ümid edirəm ki nə vaxtsa bu şəhərlərə yolunuz düşsə yazdığın bu post sizin üçün faydalı olacaq. Yeyib, içib menə dua edərsiniz, bəsimdir =D

P.S və bir az da şəhərlərdən şəkil paylaşım <3